Modern.az

Şabranda güclü yanğın - 3 ev külə döndü

Şabranda güclü yanğın - 3 ev külə döndü

15 Avqust 2022, 17:06

Şabranın Dağbilici kəndinin ərazisində güclü yanğın başlayıb.

 

Modern.az-ın məlumatına görə, kənd sakinlərinə məxsus biçilmiş əkin sahələri yanır.

 

Yanğının qarşısının alınması üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları eləcə də ətraf rayonlardan da qüvvələr cəlb olunub. 


Yerli sözlərinə görə, yanğın qonşu Mumlu və Qazma kəndlərinə də keçib. Hadisə zamanı 3 evin, kənd ərazisindəki otlaq sahələrinin yandığı bildirilir.

 

Hazırda yanğın davam edir. Külək yanğının qarşısının alınmasına mane olur.

 

Elmar Hüseynov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil