Modern.az

Yanğına görə 9 kəndin qazı kəsildi

Yanğına görə 9 kəndin qazı kəsildi

15 Avqust 2022, 19:33

Şabran rayonunda baş verən yanğına görə 9 kəndin qaz təchizatı dayandırılıb.

 

Bu barədə Modern.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

 

Məlumata görə, bu gün Şabran rayonunda yanğın səbəbindən fövqəlada vəziyyət elan olunub.

 

Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə , Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb. Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan , Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil