Modern.az

67 yaşlı kişi sirkə turşusundan öldü

67 yaşlı kişi sirkə turşusundan öldü

18 Avqust 2022, 18:13

Xızı rayonunda 67 yaşlı kişi sirkə turşusu içərək ölüb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, avqustun 16-sı saat 21 radələrində Xızı rayon Türkoba kənd sakini, 1955-ci il təvəllüdlü Alı Rzayev yaşadığı evdə sərxoş vəziyyətdə sirkə turşusu içməsi səbəbindən xəstəxanaya aparılarkən yolda vəfat edib.

 

Faktla bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama