Modern.az

Daha 468 yoluxma - Aktiv xəstə sayı da artır

Daha 468 yoluxma - Aktiv xəstə sayı da artır

20 Avqust 2022, 16:41

Azərbaycanda koronavirus infeksiyasına 468 yeni yoluxma faktı qeydə alınıb, 396 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

 

İndiyədək ümumilikdə 807984 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 794621 nəfər müalicə olunaraq sağalıb, 9784 nəfər vəfat edib, aktiv xəstə sayı 3579 nəfərdir.

 

Son sutka ərzində 3120, hazırkı dövrədək isə 7116736 test aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər