Modern.az

Bakıda ailə faciəsi: Ərlə arvad qəzada öldü

Bakıda ailə faciəsi: Ərlə arvad qəzada öldü

Hadisə

25 Avqust 2022, 09:10

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü (şəxsiyyəti dəqiqləşdirilir-red) hadisə yerində keçinib, onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Mustafayeva Anargül Mamed qızı isə ağır xəsarət alıb.

 

Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI