Modern.az

Bu il yanğınlarda 29 nəfər ölüb 

Bu il yanğınlarda 29 nəfər ölüb 

26 Avqust 2022, 11:42

Bu il Azərbaycanda baş verən yanğınlarda 29 nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bu gün keçirilən mətbuat konfransında məlumat verib.

 

Nazir müavini qeyd edib ki, yanğınlar avqustun 14-dən etibarən daha çox şimal bölgəsində baş verib:

 

"Həmin zonadakı bütün rayonlarda yanğın baş verib. Ümumilikdə, 2022-ci ildə Azərbaycanda 10 900 yanğın hadisəsi olub. Əksəriyyəti meşə və meşə massivi ərazisində qeydə alınıb. Yanğınlar zamanı 2318 biçilmiş taxıl zəmiləri yanıb".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama