Tovuzda ölümlə nəticələn yol qəzası baş verib.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alıb, bir azyaşlı hadisə yerində ölüb.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.
***
Qəzadan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş “VAZ 2107” markalı minik avtomobilinin sürücüsü 1990-cı il təvəllüdlü İsmayılzadə Müşviq həkimlərin səyinə baxmayaraq həyatını itirib. Qəza zamanı 2011-ci il təvəllüdlü Mustafayev Fərid Yaşar oğlu ölüb. Həmçinin Daşkəsən rayon sakinləri 1988-ci il təvəllüdlü Əliyev Elçin və 1992-ci il təvəllüdlü Aslanov Elçin xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.