Modern.az

15 yaşlı qıza qarşı əxlaqsızlıq edənlər HƏBS OLUNDU

15 yaşlı qıza qarşı əxlaqsızlıq edənlər HƏBS OLUNDU

29 Avqust 2022, 10:43

Bərdədə 15 yaşlı qıza qarşı zorakılıq edərək videoya çəkən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

 

Bu barədə Modern.az-a DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib.

 

DİN rəsmisinin sözlərinə görə, Bərdə rayonunda yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər edən 3 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, bir nəfər yeniyetmə isə valideyn nəzarətinə verilib.

 

Qeyd edək ki, Bərdədə 2007-ci il təvəllüdlü qıza qarşı qeyri-etik və zorakılıq hərəkətləri edən şəxslər bu əməllərini videoya çəkərək yayıblar. Qızın ailəsi hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat verib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama