Modern.az

Qubadlıda mina partladı - Xəsarət alan var

Qubadlıda mina partladı - Xəsarət alan var

Hadisə

30 Avqust 2022, 11:01

İşğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina partlayıb.

 

Bu barədə Modern.az-a Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd edilib ki, partlayış nəticəsində, minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Dina ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olub.

 

"Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - ANAMA-dan bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil