Modern.az

İki avtomobil toqquşdu - Sürücü öldü

İki avtomobil toqquşdu - Sürücü öldü

Hadisə

30 Avqust 2022, 11:53

Avqustun 30-da saat 1 radələrində Lənkəran şəhərinin ərazisində şəhər sakini A.Quluzadənin idarə etdiyi “VAZ-2107” və Şovu kənd sakini Natiq Rüstəmovun idarə etdiyi “Volkswagen” markalı avtomobillər toqquşub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

 

Nəticədə N.Rüstəmov hadisə yerində ölüb. 

 

Lənkəran ŞRPŞ-də araşdırma aparılır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil