Modern.az

Türkiyədə ağır qəza - 8 nəfər öldü, yaralılar var

Türkiyədə ağır qəza - 8 nəfər öldü, yaralılar var

Hadisə

1 Sentyabr 2022, 08:25

Türkiyədə ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Sivas-Malatya avtomobil yolunda qeydə alınıb.

 

İlkin məlumata görə, sərnişin mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb, daha 10 nəfər isə yaralanıb. Yaralılardan biri xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bununla da ölü sayı 8-ə çatıb. 

 

Hadisə yerinə polis, jandarmeriya əməkdaşları, yanğınsöndürən və təcili yardım briqadaları göndərilib. Qəzanın baş vermə səbəbi hələlik məlum deyil.

 

Faktla əlaqədar araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...