Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Neftçala rayonu, Şirvanlı kəndində, dənizdə ("Neftçala" sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazidə) 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.
Bu barədə Modern.az-a FHN-dən bildirilib.
Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən azyaşlının meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.