Modern.az

Oğuzda 16 yaşlı qızı qaçırdılar

Oğuzda 16 yaşlı qızı qaçırdılar

Hadisə

2 Sentyabr 2022, 09:56

Oğuzda 3 nəfər oğlan 16 yaşlı qızı qaçırıb.

 

Modern.az xəbər verir ki, onların Oğuz rayonuna gedərək yeniyetmə qızı məcburi şəkildə avtomobilə mindirərək ərazidən uzaqlaşdığı müəyyən olunub.

 

Qızı qaçırmaqda şübhəli bilinən şəxslər - Şəmkir sakini - Hüseyn Məhərrəmov, Samir Quliyev və Yaqub Musayev tutulub.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məsələ ilə bağlı bildirib ki, qızı qaçırmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU