Modern.az

“Tərtər işi”nə görə tutulan general barədə QƏRAR VERİLDİ

“Tərtər işi”nə görə tutulan general barədə QƏRAR VERİLDİ

Hadisə

2 Sentyabr 2022, 16:32

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucovun barəsində həbs qətimkan tədbiri seçilib.

 

Bu barədə Modern.az-a məhkəmədən məlumat verilib.

 

Bildirilib ki, məhkəmə B.Orucovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.

 

Onun nədə ittiham olunduğu ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

 

Qeyd edək ki, general-mayor Bəkir Orucovun "Tərtər işi" ilə bağlı şübhəli şəxs olduğu iddia olunur. General-mayor B.Orucov daha əvvəl Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama