Modern.az

Bu il ölkədə neçə “qızqaçırma” olub - DİN AÇIQLADI

Bu il ölkədə neçə “qızqaçırma” olub - DİN AÇIQLADI

Hadisə

3 Sentyabr 2022, 12:15

Ötən gün Oğuzda 3 nəfərin 16 yaşlı qızı qaçırması bölgələrdə hələ də davam edən “qızqaçırma” olayını yenidən gündəmə gətirib. Doğrudur, illər əvvəl ailələr adətən elə “qızqaçırma” üsulu ilə qurulub. Lakin mövcud qanunvericiliyə əsasən, “qızqaçırma” adam oğurluğu sayılır və cinayət məsuliyyəti daşıyır. Buna baxmayaraq, ailə qurmaq məqsədilə qız qaçıranlar hələ də var.

 

Bəs, Azərbaycanda il ərzində neçə “qızqaçırma” hadisəsi qeydə alınıb?

 

Bu barədə Modern.az-ın sorğusunu Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev cavablandırıb.

 

E.Hacıyev qeyd edib ki, "qızqaçırma" mühafəzakar adətdir, cəmiyyətdə buna birmənalı münasibət yoxdur:

 

“Bu qaçırılma niyyəti qarşı tərəfin iradəsinə ziddirsə, burda cinayət – adam oğurluğunun tərkib əlamətləri yaranır. Əlbəttə, qarşı tərəfin iradəsinə zidd hal yoxdursa, burada qaçırılmaya da lüzum yoxdur. Bu halın xüsusiyyətləri cəza təyin edilərkən nəzərə alınır".

 

Bununla belə DİN rəsmisi deyib ki, Azərbayanda "qızqaçırma" kütləvi xarakter daşımır: 

 

“Azərbaycanda il ərzində orta hesabla qızqaçırıma halı birəqəmli həddədir".

 

Qeyd edək ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Cinayət Məcəlləsində Azərbaycan xalqının qız qaçırmaq adəti adam oğurluğu kimi tanınıb və 144-cü maddədə ehtiva olunub. Həmin Məcəllə ilə bu əməl 5 ildən 10 ilədək, eyni əməllər yetkinlik yaşına çatmamış şəxs barəsində törədildikdə isə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil