Modern.az

Ucarda 57 yaşlı kişi özünü yandırdı

Ucarda 57 yaşlı kişi özünü yandırdı

Hadisə

4 Sentyabr 2022, 14:56

Ucar sakini özünü yandırıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Alpout kəndində qeydə alınıb.

 

Məlumata görə, 1965-ci il təvəllüdlü Nazir Məmmədhəsən oğlu Həsənov intihar etmək məqsədi ilə özünü yandırıb.

 

Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata əsasən, N. Həsənovun vəziyyəti kəskin ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil