Modern.az

Ermənilər yenidən Kəlbəcəri atəşə TUTDULAR

Ermənilər yenidən Kəlbəcəri atəşə TUTDULAR

Hadisə

4 Sentyabr 2022, 19:41

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub.

 

Bu barədə Modern.az Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

 

Sentyabrın 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

 

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər