Masallıda üç nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.
Modern.az xəbər verir ki, hadisə rayonun Hüseynhacılı kəndində qeydə alınıb.
Məlumata görə, yaşayış evində baş vermiş güclü yanğın zamanı 1984-cü il təvəllüdlü Gülnaz Kəlbiyeva ilə birlikdə onun övladları - 10 yaşlı Elbrus Kəlbizadə və 11 yaşlı Elgiz Kəlbizadə həlak olublar.
Bundan əlavə, daha iki nəfər yanıq xəsarətləri alıb.
Hadisə yerinə yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. İlkin ehtimala əsasən, yanğın şamdan baş verib.
Faktla bağlı araşdırma aparılır.