Modern.az

Bakıda 13 yaşlı qız ana oldu

Bakıda 13 yaşlı qız ana oldu

Hadisə

7 Sentyabr 2022, 09:27

Bakıda 13 yaşlı qız ana olub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında məlumat yayıb.

 

O bildirib ki, 13 yaşlı qız ev şəraitində uşaq dünyaya gətirib.

 

K.Ağazadə deyib ki, bu barədə məlumatı 13 yaşlı uşaq özü bildirib. Qız ona təcavüz nəticəsində hamilə qaldığını deyib: "Kəmalə xala, 13 yaşım var, təcavüzdən uşağım doğulub".

 

Hüquq müdafiəçisinin sözlərinə görə, hazırda qız xəstəxanaya yerləşdirilib: "Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməyini xahiş edir".

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hazırda həmin faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU