13 yaşında ana olması ilə ölkə gündəmini silkələyən qız məktəblidir.
Bu barədə Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
"Qeyd etdiyiniz məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə məlumat veriləcək. Əgər məktəbin fəaliyyətindən irəli gələn digər təfərrüatlar olarsa, müvafiq tədbirlər görüləcək", - rəsmi məlumatda qeyd olunub.
Xatırladaq ki, bir neçə gün öncə Bakıda 13 yaşlı qız ana olub. Təcavüzə məruz qaldığını deyən məktəbli qızın anası övladından və onun körpəsindən imtina edib.