Modern.az

Ali Məhkəmə 4 ermənini azadlığa buraxdı

Ali Məhkəmə 4 ermənini azadlığa buraxdı

Hadisə

8 Sentyabr 2022, 17:36

Ali Məhkəmədə terrorçu silahlı birləşmələrin tərkibində olmuş 4 Ermənistan vətəndaşı barəsində kassasiya şikayəti üzrə məhkəmə prosesləri keçirilib.

 

Modern.az xəbər verir ki, Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı məhkumlara aid hissədə dəyişdirilib.

 

Həmin şəxslərə 1 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onların həbs cəzası bitmiş sayılıb və dərhal cəzaçəkmə müəssisəsindən azad edilib.

 

Bakı Apelyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarının qalan hissəsi dəyişdirilmədən saxlanılıb.

 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həmin 4 Ermənistan vətəndaşı 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU