Modern.az

Cəlilabadda bir ailənin üzvləri qəzaya düşüb - Ölən var

Cəlilabadda bir ailənin üzvləri qəzaya düşüb - Ölən var

Hadisə

9 Sentyabr 2022, 09:35

Cəlilabadda "Mercedes" markalı avtomobil "Kamaz" markalı yük avtomobili aparan evakuatora çırpılıb.

Modern.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində minik avtomobilində olan bir ailənin üzvləri, Masallı rayon sakinləri - 1952-ci il təvəllüdlü Talıbov Məcid Abbasqulu oğlu, 1992-ci il təvəllüdlü Talıbova Vüsalə, 2010-cu il təvəllüdlü Talıbov Məcid Ramiz oğlu və 2008-ci il təvəllüdlü Talıbov Yusif Ramiz oğlu xəsarət alıb, 1954-cü il təvəllüdlü Talıbova Zümrüd Əlibəy qızı isə vəfat edib.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU