Ermənistan mətbuatında Azərbaycan Ordusunun guya mülki əhalini və infrastrukturu hədəfə alması barədə yaydığı məlumatlar qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır, dezinformasiyadır.
Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən bildirilib.
"Bununla Ermənistan tərəfi törətdiyi genişmiqyaslı təxribatı ört-basdır etməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır", - məlumatda qeyd olunub.