Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 12-13-də Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı şәhid olan hәrbi qulluqçularımızın siyahısını açıqlayıb.
Modern.az rəsmi məlumata istinadən xəbər verir ki, şəhidlərin siyahısında olan hərbçilərdən 12 nəfər müxtəlif rütbəli zabitlərdi. Belə ki, 2 kapitan, 3 baş leytenant, 7 leytenant şəhidlik zirvəsinə yüksəlib.
Şəhidlərimizdən 17-si baş gizir, gizir və kiçik gizirdi.
Düşmənlə hərbi təxribatlar zamanı həlak olan qəhrəmanlarımızdan 3 nəfər baş çavuş və kiçik çavuş, 18 nəfər isə əsgərdir.
Allah şəhidlərimizə rəhmət eləsin.
Siyahıya buradan baxmaq olar.