Modern.az

Göyçayda ağır qəza, ölənlər var

Göyçayda ağır qəza, ölənlər var

Hadisə

19 Sentyabr 2022, 19:10

Göyçayda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə bu gün saat 18 radələrində Göyçay-Ucar yolunun Xəlitli kəndi ərazisində qeydə alınıb. Belə ki, Xəlitli kənd sakini Elton Qasımov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən avtomobil yoldan çıxaraq hasara çırpılıb.

 

Hadisə zamanı sürücü Elton Qasımov və həmkəndlisi, yol kənarında oturan 2009-cu il təvəllüdlü Murad İbrahimov aldıqları ağır xəsarətlər nəticəsində ölüblər.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU