Modern.az

İcra hakimiyyətinin işçisi otağında ölü tapıldı 

İcra hakimiyyətinin işçisi otağında ölü tapıldı 

Hadisə

19 Sentyabr 2022, 19:55

Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölmüş halda aşkar edilib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Saatlı İcra Hakimiyyətində ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən rayonun Telmankənd kənd sakini Əhəd Cavanəli oğlu Behbudovun İH-də iş otağında meyiti tapılıb.

 

Onun sentyabrın 16-dan telefon zənglərinə cavab vermədiyi bildirilir.

 

Ölümün səbəbi araşdırılır.

 

Faktla bağlı Saatlı prokurorluğunda araşdırma başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU