Modern.az

Qazaxda ildırım vuran məktəbli qızlarla bağlı YENİ FAKTLAR

Qazaxda ildırım vuran məktəbli qızlarla bağlı YENİ FAKTLAR

22 Sentyabr 2022, 18:36

Xəbər verdiyimiz kimi, Qazax rayonunda iki uşağı ildırım vurub. Hadisədən sonra Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən iki azyaşlıdan biri dünyasını dəyişib, digəri isə reanimasiyaya yerləşdirilib.

 

Qazax rayon Polis şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vəfat edən şəxs Birinci Şıxlı kənd sakini 2011-ci il təvəllüdlü Nuray Osmanovadır. Hadisə azyaşlının yaşadığı evdə baş verib. 

 

Əldə etdiyimiz məlumata görə, hazırda reanimasiyada olan azyaşlı Aslanbəyli kənd sakini, 2012-ci il təvəllüdlü Məmmədova Əfsan Niyaz qızıdır. İldırım vurması nəticəsində ağır xəsarət alan qız Birinci Şıxlı kənd tam orta məktəbində təhsil alır. 

 

O xalası qızı Nurayla birlikdə olarkən, hər ikisini ildırım vurub. Nurayın vəziyyəti ağır olduğundan, həyatını xilas etmək mümkün olmayıb.

 

Elmar Hüseynov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi