Modern.az

"Videonu bacım yayıb" - İşgəncə verilən qadının oğlu danışdı

Hadisə

23 Sentyabr 2022, 15:42

Bakıda 90 yaşlı ananın oğlu və gəlini tərəfindən işgəncələrə məruz qoyulduğu videonu 44 günlük Vətən Müharibəsi qazisi Ziya Abbasovun çəkdiyi iddia olunur.

 

Modern.az xəbər verir ki, polis şöbəsinə çağırılan Əkbər Abbasov Lent.az-a açıqlamasında videonun oğlu Ziya tərəfindən çəkildiyini və anlaşılmazlıq olduğunu deyib.

 

“Video oğlum Ziya və yoldaşım Kəmalə tərəfindən çəkilib. Yoldaşımla bacımın münasibəti yaxşı deyil. Bacım Naxçıvanda yaşayır. Bacım yoldaşıma “Anama yaxşı baxmırsan” dediyi üçün yoldaşım videonu çəkib atıb”, - Ə.Abbasov bildirib.

 

Onun sözlərinə görə, anası hazırda bacısının yanında Naxçıvandadır:

 

“Video 6-7 ay qabaq çəkilib. Anam Naxçıvandadır, gətirəcəm yanıma. Hazırda münasibət pisləşdiyi üçün videonu qəsdən yayıb”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi