Modern.az

Kürdəmirdə avtomobillər toqquşdu - Yaralılar var

Kürdəmirdə avtomobillər toqquşdu - Yaralılar var

Hadisə

24 Sentyabr 2022, 14:16

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, rayonun Çöhranlı kəndi ərazisində avtomobillər toqquşub, xəsarət alanlar var.

 

Belə ki, hərəkətdə olan iki "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü, Çöhranlı kənd sakini, 1951-ci il təvəllüdlü Hacıyev Alim Ağaveyis oğlu, onun həmyerliləri - 20 yaşlı Rəşidə Rəcəbova və 18 yaşlı Süleyman Rəcəbov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

 

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU