Modern.az

55 yaşlı kişini "tok" vurub öldürdü

55 yaşlı kişini

Hadisə

24 Sentyabr 2022, 22:51

Xaçmaz rayonunda kişini elektrik cərəyanı vurub.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Üçgün kəndində qeydə alınıb.

 

Belə ki, 1967-ci il təvəllüdlü Murad Arif oğlu Qurbanəliyev yaşadığı evin həyətyanı sahəsində tövlədəki mal-qaraya baxarkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vuraraq öldürüb.

 

M.Qurbanəliyevin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...