Modern.az

4 piyada yol qəzasının qurbanı oldu

4 piyada yol qəzasının qurbanı oldu

26 Sentyabr 2022, 10:00

Həftəsonu yol-nəqliyyat hadisələri zamanı 4 piyada ölümü qeydə alınıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Hadisələrdən ilki sentyabrın 24-də saat 19 radələrində Bakının Xətai rayonu ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini A.Bayramlı idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Saatlı rayon sakini Rəmziyyə Əhmədovanı vurub. Xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb. 
 


Sentyabrın 24-də saat 22 radələrində Bərdə şəhəri ərazisində rayon sakini R.Balakişiyev idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən Ağdam rayon sakinləri A.İsmayılovu və həyat yoldaşı Röya İsmayılovanı vurub. Nəticədə qadın hadisə yerində ölüb, həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib. 
 


Sentyabrın 24-də saat 23 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Ə.Nəcəfov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini Elcan Qasımlını vurub və nəticədə piyada hadisə yerində ölüb.
 


Sentyabrın 25-də saat 12 radələrində Xızı rayonunun Yeni Yaşma kəndi ərazisində Bakı şəhər sakini M.Hacıyev idarə etdiyi “Land Rover” markalı avtomobillə yolun kənarında dayanmış Xaçmaz rayon sakini Süleyman Vəliyevi vurub. Nəticədə S.Vəliyev hadisə yerində ölüb. 

 

Hazırda faktlarla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür