Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Əlavə məlumat veriləcək.
***
10:44
Ağstafa rayonunda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var.
Modern.az xəbər verir ki,hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, magistral yolda hərəkətdə olan sərnişin mikroavtobusu ilə "QAZel" markalı avtomobilin toqquşması nəticəsində çox sayda yaralının olduğu bildirilir.
Onlar xəstəxanaya çatdırılıb, hazırda faktla bağlı araşdırma aparılır.