Modern.az

Kəlbəcərdə növbəti erməni TƏXRİBATI

Kəlbəcərdə növbəti erməni TƏXRİBATI

26 Sentyabr 2022, 15:10

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 24-ü və 25-i tarixlərində Kəlbəcər rayonunun Alagöllər ərazisində və digər istiqamətlərdə 370 ədəd piyada əleyhinə PMN-Э və 9 ədəd tank əleyhinə TM-62 minası aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

 

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU