Modern.az

Baş həkim ağır vəziyyətdə Bakıya gətirildi - İntihara CƏHD

Baş həkim ağır vəziyyətdə Bakıya gətirildi - İntihara CƏHD

Hadisə

27 Sentyabr 2022, 15:48

Sosial şəbəkələrdə Masallı rayonunda yerləşən Vərəm Dispanserinin baş həkimi Mirrəhim Nəbiyevin damarlarını kəsərək intihara cəhd etməsi barədə məlumatlar yayılıb.

 

Modern.az xəbər verir ki, M.Nəbiyevin sələmçilər tərəfindən şantaj olunduğu, ondan külli miqdarda faiz tələb edildiyi və bu səbədən həyatına qəsd etdiyi bildirilib. Həmçinin onun Nadirov soyadlı iki qardaş tərəfindən 1 gün müddətində girov saxlanıldığı, bundan sonra özünə qəsd etdiyi qeyd edilib.

 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev Modern.az-a bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

 

“Həmin şəxsin dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya qəbul edilməsi ilə bağlı Masallı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Vəziyyəti ağır olduğundan o, Bakıdakı tibb müəssisələrindən birinə aparılıb. Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır. Təfərrüatlar həmin şəxsin dindirilməsindən və araşdırma aparıldıqdan sonra məlum olacaq”, - rəsmi açıqlamada qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU