Modern.az

Qəzada ölən tələbə məmur oğlu imiş - FOTO

Qəzada ölən tələbə məmur oğlu imiş - FOTO

Hadisə

28 Sentyabr 2022, 09:44

Bir neçə gün əvvəl Bakıda baş vermiş dəhşətli yol qəzasında həlak olan Elvin Əzizli vəzifəli şəxsin oğlu imiş.

 

Modern.az xəbər verir ki, E.Əzizlinin atası Şahin Əzizov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mil-Muğan Regional şöbəsinin rəisidir.

 

Bu barədə rəsmi qəzetdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi və kollektivi Ş.Əzizova başsağlığı veriblər.

 

Qeyd edək ki, E.Əzizli Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi idi.

 

Xatırladaq ki, faciəvi hadisə akademiyanın qarşısında baş verib. Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə iki piyadanı vurub. Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, Rəsulova Sevgi Arzu qızı və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU