Modern.az

Bakıda 33 yaşlı kişi əmisini amansızlıqla ÖLDÜRDÜ

Bakıda 33 yaşlı kişi əmisini amansızlıqla ÖLDÜRDÜ

29 Sentyabr 2022, 10:53

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

 

Bu barədə Modern.az-a Xəzər rayon prokurorluğundan bildirilib.

 

Belə ki, sentyabrın 29-u saat 3 radələrində Xəzər rayonu, Buzovna qəsəbə sakini 1972-ci il təvəllüdlü Valeh Qədəşovun üzərində xəsarət izi olan meyitinin yaşadığı evdən 30-40 metr uzaq məsafədə küçədə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı oğlu 1989-cu il təvəllüdlü Şahin Qədəşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Valeh Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Şahin Qədəşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq tədbirləri davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...