Modern.az

Qazaxda kütləvi dava4 nəfər xəstəxanaya yerləşdirildi

Qazaxda kütləvi dava - 4 nəfər xəstəxanaya yerləşdirildi

30 Sentyabr 2022, 08:13

Qazaxda kütləvi dava olub, xəsarət alanlar var.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

 

Belə ki, 2000-ci il təvəllüldü Abdula Abdulayev bıçaqlanma diaqnozu, İlqar Abdulayev, 1969-cu il təvəllüdlü Məmməd Qocayev və onun oğlu 2004-cü il təvəllüdlü Muxtarxan Qocayev isə müxtəlif bədən xəsarəti (döyülmə) ilə xəstəxanaya yerləşdiriliblər.

 

Dərhal xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

 

Məlumata görə, həmin şəxslər dava zamanı xəsarət alıblar.

 

Faktla bağlı araşdırma aparılır

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...