Modern.az

Bayrağımıza qarşı hörmətsizlik edən şəxsin kimliyi müəyyənləşdi - VİDEO

Bayrağımıza qarşı hörmətsizlik edən şəxsin kimliyi müəyyənləşdi - VİDEO

Hadisə

30 Sentyabr 2022, 11:46

Sosial şəbəkələrdə Bərdə rayonunda Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Modern.az-a bildirib ki, qeyd edilən görüntülərlə əlaqədar Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb.

 

Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib.

 

Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...