Modern.az

Prokurorluq bayraq qalmaqalı ilə bağlı araşdırma APARIR

Prokurorluq bayraq qalmaqalı ilə bağlı araşdırma APARIR

Hadisə

30 Sentyabr 2022, 13:40

Bərdə rayonu ərazisində şəxsin Dövlət bayrağı ilə davranışına dair videogörüntülərlə bağlı hazırda araşdırma aparılır.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, faktla bağlı aparılan araşdırma nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

 

Qeyd edək ki, sosial şəbəkədə Bərdə rayon İcra Hakimiyyəti aparatının işçisinin Dövlət bayrağı ilə davranışı barədə videogörüntülər yayılıb. Onun I Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı”ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov olduğu müəyyənləşib. Z.Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU