İranda “qanlı cümə” günündə kütləvi qətliam - Şahın oğlu yenə bəyanat verdi

İranda “qanlı cümə” günündə kütləvi qətliam - Şahın oğlu yenə bəyanat verdi

30 Sentyabr 2022, 23:54

İranda etiraz dalğasının miqyası getdikcə böyüyür. Hökumət qüvvələri sentyabrın 30-da Sistan-Bəllucistan mərkəzi Zahedan şəhərində kütləvi qətliam törədiblər.

Verilən məlumatlara görə, cümə namazından çıxan insanlar İran İnqilab keşikçiləri Ordusu (SEPAH) tərəfindən atəşə tutulub. Nəticədə onlarla ölən və yaralanan olub.

İranda bu hadisəni "qanlı cümə" adlandırıblar.

Qeyd edək ki, Zahedan şəhərində əhalinin etnik tərkibini əsasən bəluc milliyətindən olan insanlar təşkil edir. Elə kütləvi qətliama məruz qalanların da bəluclar olduğu söylənilir.
 

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Zahedan şəhərində baş verən qanlı hadisədən hiddətlənən sakinlər küçələrə axışaraq, etirazlarını sərt şəkildə bildirməyə başlayıblar. Bu zaman Zahedan Şəhər Polis İdarəsinin binasının yandırıldığı bildirilir. Eyni zamanda, qeyd edilir ki, əhali SEPAH-ın Zahedan şəhəri üzrə kəşfiyyat xidmətinin rəisini yaxalayaraq öldürüb.


Modern.az xəbər verir ki, İran şahının mühacirətdəki oğlu Rza Pəhləvi də Zahedan şəhərində törədilən qətliamı pisləyən bəyanat yayıb. O bəyanatda bildirib:

“İslam respublikası rejimi Zahedanın "qanlı cümə" günündə bəluc soydaşlarımızı qətl etmişdir. Bu cinayət insanların İran rejiminə qarşı qəzəbini artıracaq və xalqı onu devirməkdə daha da əzmli edəcək. İranın Birləşmiş Milləti dünyəvi, azad və firavan İrana çatana qədər milli inqilabını davam etdirəcək. Dünyəvi, demokratik, firavan İrana nail olana qədər vahid İran xalqı milli inqilabını davam etdirəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vasif Talıbovla bağlı sensasion faktlar açıqlandı