Modern.az

Dünənki qəzada ölən şəxslər hərbçi imiş - FOTO

Dünənki qəzada ölən şəxslər hərbçi imiş - FOTO

1 Oktyabr 2022, 09:16

Ötən gün ağır yol qəzasında ölən şəxslərin hərbçi olduğu məlum olub. 

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar Gəncə şəhər sakini, MAHHXHQ Musayev İslam İsax oğlu və Şəki şəhər sakini, MAHHXHQ Aslanov Mübariz Azər oğludur.

 

Məlumata görə, hər iki hərbi qulluqçu 44 günlük Vətən müharibəsində və 13 sentyabr 2022 -ci il tarixində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına döyüşüblər. 

 

Onların nəşi Cəlilabadda Azərbaycan bayrağına bükülmüş tabuta qoyularaq öz yaşadığları rayona yola salınıb.

 

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında köhnə Ələt-Astara avtomobil yolunun 146-cı km-də Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ 2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb və nəticədə iki nəfər həlak olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub