Modern.az

Prokurorluq Tərtərdə minaya düşənlərlə bağlı MƏLUMAT YAYDI

Prokurorluq Tərtərdə minaya düşənlərlə bağlı MƏLUMAT YAYDI

1 Oktyabr 2022, 12:55

Oktyabrın 1-i Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri  barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Tərtər rayon prokurorluğundan bildirilib.

 

Aparılmış araşdırmalarla rayonun Qızıl oba kəndində olarkən qeyd olunan şəxslərin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

 

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.


Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır