Modern.az

Qısqanc kişi sevgilisini BIÇAQLADI 

Qısqanc kişi sevgilisini BIÇAQLADI 

Hadisə

3 Oktyabr 2022, 09:42

Ağcabədi rayon sakini sevgilisini bıçaqlayıb.

 

Modern.az-ın məlumatına görə, hadisə oktyabrın 2-də rayon ərazisində yerləşən "Bakı" çay evinin qarşısında baş verib.

 

Belə ki, Qənbərov Şükür Eldəniz oğlu ilə qeyri-rəsmi nikahda yaşadığı Laçın rayon sakini, 1997-ci il təvəllüdlü İbrahimova Sücayət Məcid qızı arasında qısqanclıq zəminində münaqişə yaranıb. Bu zaman Ş.Qəmbərov  üzərində gəzdirdiyi mətbəx bıçağı ilə S.İbrahimovanın bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

 

Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsini 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurm) maddəsi ilə cinayət işi başlanılıb.

 

Hazırda istintaq aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır