Modern.az

İki piyadanı maşın vurub öldürdü

İki piyadanı maşın vurub öldürdü

3 Oktyabr 2022, 10:34

Həftəsonu yolu keçmək istəyən 2 piyadanı maşın vurub öldürüb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Belə ki, oktyabrın 1-də saat 21 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospektində şəhər sakini S.Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Aslan Aslanovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

 

Anoloji hal oktyabrın 2-də saat 17 radələrində Quba rayonunun Xucbala kəndi ərazisində qeydə alınıb.

 

Rayon sakini E.Vəliyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən kənd sakini Zülfüqar Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Hə iki faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?