Sabiq rəisə cinayət işi açıldı – Pulla “işə” düzəldirmiş…

Sabiq rəisə cinayət işi açıldı – Pulla “işə” düzəldirmiş…

Hadisə

3 Oktyabr 2022, 15:30

Fövqaladə Hallar Nazirliyinin Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə növbəsinin sabiq rəisi İnşallah Nəbiyevin həmin vəzifədə işlədiyi dövrdə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi barədə daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

 

Şirvan şəhər prokurorluğundan Modern.az-a bildirilib ki, araşdırmalarla İnşallah Nəbiyev Salyan rayonun Xalac kənd sakinindən sonuncunun oğlunu Fövqaladə Hallar Nazirliyində işə düzələdəcəyini yalandan vəd verərək 3 min 500 manat məbləğində pul vəsaitini alaraq ələ keçirib.

 

Bundan sonra cinayət əməlini davam etdirərək oğlunun xidmət yerinin dəyişdirilməsinə köməklik edəcəyini yalandan vəd edərək həmin şəxsdən 2 min manat məbləğində pul vəsaitini almaqla ümumilikdə onun 5 min 500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törədilməsi) maddələri ilə cinayət işi başlanıb.


Hazırda iş üzrə istintaq davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı