Erməni diversiya qrupunun basdırdığı daha 452 mina AŞKARLANDI

Erməni diversiya qrupunun basdırdığı daha 452 mina AŞKARLANDI

4 Oktyabr 2022, 11:24

Daşkəsən rayonu ərazisi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minalardan təmizlənir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, qeyd olunan ərazidə erməni diversiya qruplarının basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd Э-001 М tipli piyada əleyhinə mina mühəndis-istehkamçılarımız tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.


Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vasif Talıbovla bağlı sensasion faktlar açıqlandı