Modern.az

Naxçıvanda şagird intiharı ilə valideynlərinə “dərs verib” - TƏFƏRRÜAT

Naxçıvanda şagird intiharı ilə valideynlərinə “dərs verib” - TƏFƏRRÜAT

4 Oktyabr 2022, 16:40

Bu gün Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Kültəpə kənd orta məktəbində baş verən intiharın təfərrüatı məlum olub.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, 10-cu sinif şagirdi Xəyal Nəcəfov ailəsi tərəfindən təzyiqlərə məruz qaldığı üçün canına qəsd edib.


Belə ki, ata və anası mütəmadi olaraq, Xəyala "yaxşı oxumursan", "universitetə girə bilməyəcəksən", "bu cür oxumaqla heç nə olmayacaqsan" kimi tənələr yağdırırmışlar.

 

Bundan bezən məktəbli danlanmağına səbəb olan dərsə görə valideynlərinə "dərs verib" - həyatına son qoyub.

 

Qeyd edək ki, 10-cu sinif şagirdi Nəcəfov Xəyal Sərxan oğlu sinif otağında özünü asıb. Faktla bağlı Babək rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?