Keçmiş rektor intihar etdi: “Dözə bilmirəm…”

Keçmiş rektor intihar etdi: “Dözə bilmirəm…”

5 Oktyabr 2022, 16:13

Rusiyanın Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun keçmiş rektoru, tanınmış pedaqoq və filosof Aleksandr Novikov intihar edib.

 

Modern.az xəbər verir ki, ailə üzvləri onun meyitini evə qayıdan zaman binanın pilləkənlərində aşkarlayıblar.

 

Novikov intihardan əvvəl məktub yazıb.

 

“Fiziologiya, psixika və kommunikasiya sahələrindəki bütün amillərə dözmək mümkün deyil. Bu gün və gələcək həyatınızda sizə hər şeyin ən yaxşısını arzulayıram. Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu qarşısında baş əyirəm”, - vida məktubunda deyilir.

 

Qeyd edək ki, 86 yaşı olan Aleksandr Novikov 1987-2007-ci illərdə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna rəhbərlik edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vasif Talıbovla bağlı sensasion faktlar açıqlandı