Modern.az

Bahalı evləri "ucuz qiymətə satan" dələduz TUTULDU

Bahalı evləri

Hadisə

5 Oktyabr 2022, 16:38

Daşınmaz əmlak saytlarında “bahalı evlərin ucuz qiymətə satışı” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadaraq“beh” alan 1989-cü il təvəllüdlü Röyal Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

 

"O ilkin ifadəsində onlarla şəxsə qarşı dələduzluq etdiyini etiraf edib. Araşdırmalar davam etdirilir. Vətəndaşlara tövsiyə edirik ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər", - deyə DİN rəsmisi vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi