Mingəçevir şəhərində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az-ın Report-a istinadən verdiyi xəbərə görə, iki avtomobilin toqquşması zamanı 2020-ci il təvəllüdlü Kərimov Elgün Ayaz oğlu xəsarət alıb.
Yaralı əvvəlcə Mingəçevir şəhər Mərkəzi Xəstəxanası çatdırılıb. Daha sonra o, Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı E.Kərimova qapalı kəllə-beyin və müştərək travma diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.